Aşıq Ələsgər 200 illik yubiley

2021-ci il Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş, sənətkar Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibəti ilə məktəbin kitabxanasında 20.10.2021-ci il tarixində dəyirmi masa təşkil olundu. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəsirova Şəlalə Aşıq Ələsgərin həyat və yaradıcılığından danışdı və şagirdlər tərəfindən aşığın yaradıcılığına aid şeir və musiqi nümunələri səsləndirildi. Tədbirdə məktəbin rəhbərliyi və şagirdlər iştirak etdi. Sonda məktəbin direktoru Məhəbbət Əsgərova tədbiri təşkil edənlərə və şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi