Müstəqilliyin Bərpası Günü

Müstəqilliyin Bərpası Günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir.
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Tarixi gün haqqında məktəbin tarix müəllimi Çobanov Amil şagirdlərə müstəqilliyə qovuşduğumuz tarixi illər, hadisələrlə bağlı geniş məlumatlar vermişdir.