HAQQIMIZDA

Məktəb 2002-ci ildə xeyriyyəçi Əliyev Rafiq Sabir oğlu tərəfindən tikilib. 2003-cü ilin senyabrında istifadəyə verilmişdir. 2011-ci ildə məktəb Bakı şəhərt İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunmuş və əlavə tədris binası tikimişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bakı şəhər İcra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yeni tikilən binanın açılışında iştirak etmiş və və məktəbin həyətinin boş qalan sahəsində akt, idman zallarının və yeni bir tədris otağının tikilməsi üçün göstəriş vermişdi. Məktəbdə 316 nəfər şagirdin təlim-tərbiyəsi ilə 33 nəfər işçi heyyəti məşğul olur. Onlardan ali təhsilli 22 nəfər , qalanları isə orta ixtisas təhsillidilər. Həmçinin məktəbdə 13 nəfər texniki işçi heyəti çalışır. Məktəbin şagirdləri müxtəlif idman yarışlarında, müsabiqələrdə, intellektual oyunlarda fəal iştirak edərək yüksək nəticələr göstəriblər. Qəbul imtahanlarında şagirdlərimiz rayon üzrə hər il yüksək nəticələr gostərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi