assembly

Təhsil müəssisələrində anım tədbirləri keçirilib


12.12.2024

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbirlər təşkil olunub.

Anım tədbirlərində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirlərdə Heydər Əliyevin nəsillərə nümunə olan həyat və fəaliyyətindən, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətlərindən, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlardan bəhs olunub. Ulu Öndərin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə şagirdlərə ətraflı məlumat verilib. Dahi Liderin diqqət və qayğısı sayəsində digər sahələr kimi, təhsil sahəsində də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

Həmçinin Azərbaycan xalqının yaddaşında Heydər Əliyevin qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşadığı, əziz xatirəsinin daim ehtiram və minnətdarlıqla yad edildiyi bildirilib.

Tədbirlərdə Heydər Əliyevin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın dövlət quruculuğu yolunda inamla irəlilədiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunduğu şagirdlərin diqqətinə çatdırılıb. 

Anım tədbirlərində məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin Heydər Əliyevin həyat və fəaliyyətinə dair videoçarxlar təqdim olunub.

Paytaxt məktəblərinin müəllim və şagird kollektivlərinin Heydər Əliyevin anım günü ilə bağlı Fəxri xiyabana ziyarətləri də təşkil olunub.

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/33/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri
Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi