16.04.1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə A.Səfərov adına 114 nömrəli tam orta məktəbin I sinifinə getmiş və 2009-cu ildə məktəbi bitirmişdir. Daha sonra həmin ili Bakı Asiya Universitetinə daxil olmuş və 2014-cü ildə universiteti bitirmişdir. Daha sonra MİQ müsabiqəsində iştirak edərək Lerik rayonu Ə.N.Hüseynov adına Daster kənd ümumi orta məktəbində ingilis dili müəllimi kimi təyin olunmuşdur. 2018-ci ildə yerdəyişmə imtahanı edərək, Xəzər rayonu 326№li məktəbə qəbul olmuşdur. 2019-cu ildə təkrar yerdəyişmə imtahında iştirak edərək Suraxanı rayonu 270№li məktəbə ingilis dili müəllimi təyin edilmişdir. 2020-ci ildə isə yerdəyişmə müsabiqəsi ilə Suraxanı rayonu 327 nömrəli tam orta məktəbə ingilis dili müəllimi kimi təyin olunmuşdur.
05.04.1997-ci il tarixində Qazax rayonunda anadan olmuşdur. 2003-cü ildə N.Hüseynov adına A-Salahlı kənd tam orta məktəbin 1-ci sinifinə qəbul olmuşdur. 2014-cü il tarixində məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman akademiyasına daxil olmuşdur. 2018-ci il tarixində Akademiyanı bitirərək, MİQ vasitəsi ilə imtahanda iştirak etmişdir. İlk dəfə HFG-da idman müəllimi kimi fəaliyyətə başlamışdır. Daha sonra A.Namazov adına 180 №li məktəbdə işləmişdir. 2020-ci il tarixində isə yerdəyişmə imtahanında iştirak edərək Suraxanı rayon 327 nömrəli tam orta məktəbdə idman müəllimi kimi fəaliyyətini davam etdirmişdir.
Siraczadə Xanım Xaləddin qızı 09.09.1991-ci il tarixində Qəbələ rayonunda anadan olmuşdur. 1999-cu il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. 2003-cü il tarixində universiteti bitirmişdir. Həmin ili Qəbələ rayon Kötüklü kənd məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. Daha sonra 16.09.2019-cü il tarixində Masallı rayonu Pəkdam kənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərmişdir. 15.09.2020-ci il tarixindən isə 327 nömrəli tam orta məktəbdə texnologiya müəllimi kimi fəaliyyətə başlamışdır.
Məmmədova Gülnar Kamran qızı 02.04.1991-ci ildə Qəbələ rayonu,Vəndam kəndində anadan olmuşdur.1997-ci ildə Vəndam kənd 1№li məktəbin birinci sinifinə getmişdir. 2002-ci il tarixindən təhsilini Suraxanı rayonu,P.İsmayılov adına 278№li məktəbdə davam etdirmişdir.2008-ci ildə orta məktəbi bitirmiş və həmin ili Azərbaycan Dillər Universitetinə qəbul olmuşdur. 2012-ci il tarixində universiteti fərqlənmə ilə bitirmişdir. 2015-2016-cı illərdə Azərbaycan Dillər Universitetinin daxilində "Yenidənhazırlanma" fakultəsinin ingilis dili müəllimliyi ixtisasına yiyələnmiş və 2013-2014-cü illərdə tərcüməçi kimi iş fəaliyyətinə başlamışdır. Məmmədova Gülnar Kamran qızı 2024-cü ilin sentyabr ayından etibarən 327 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir.
Orucova Tamam Oruc qızı 01.12.2002-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 2009-cu il tarixində Xətai rayonu, 191 №li tam orta məktəbin 1-ci sinifinə getmiş və həmin məktəbi 2020-ci il tarixində bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 2024-cü ildə həmin unversiteti bitirmişdir. Orucova Tamam Oruc qızı 19.09.2024-cü il tarixindən 327 nömrəli tam orta məktəbdə informatika müəllimi kimi fəaliyyət göstərir.
Qasımova Şəhanə Hafiz qızı 20.07.2000-ci il tarixində Gədəbəy rayonunda anadan olmuşdur. 2001-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçərək Sabunçu rayonu,R.Zorge adına 90 №li məktəbin 1-ci sinifinə getmiş və 201`7-ci ildə məktəbi bitirmişdir. Həmin ili Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuşdur. 2018-ci ildə universitetdə keçirilən Tələbə Elmi Cəmiyyətinin "Gələcəyə addım" II elmi konfransında uğurlu çıxışına görə sertifikatla təltif olunmuşdur.Universiteti 2021-ci il tarixində bitirmişdir. Qasımova Şəhanə Hafiz qızı 18.09.2024-cü il tarixindən 327 nömrəli tam orta məktəbdə texnologiya müəllimi kimi fəaliyyət göstərir.
Bəylərova Aytac Nəsimi qızı 01.01.1993-cü ildə Kəlbəcər rayonu, Quzeyçirkin kəndində anadan olmuşdur. 1993-cü ildə məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. 2010-cu ildə Yasamal rayonu, 53 nömrəli tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuş və universiteti 2013-cü il tarixində bitirmişdir. 2013-2018-ci il tarixlərində Kəlbəcər rayonu,23 saylı tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır. Bəylərova Aytac Nəsimi qızı 16.09.2024-cü il tarixindən etibarən 327 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir.
327 nömrəli tam orta məktəb 2012-ci ildə " Heydər Əliyev Fondu" tərəfindən inşa edilmişdir.Bina kitab formasında tikilib,3 korpusdan ibarətdir.Azərbaycan bölməsi üçün 640şagird üçün nəzərdə tutulmuşdur.Hal...
Şagirdlərimizin təhsillə yanaşı idmanda da nailiyyətləri çoxdur. Belə şagirdlərimizdən biri 5 a sinif şagirdi Ağayeva Rüqəyyadır. Rüqəyya gələn ay İtaliyada keçiriləcək karate üzrə Avropa Çempionatına vəsiqə qazanıb. O,uğurunu bizimlə bölüşdü, xatirə şəkli çəkdirdik. Qarşıdakı yarışlarda qızımıza uğurlar arzu edirik.
8 b sinif şagirdimiz Günay Bayramlı FİSO riyaziyyat yarışmasında bürünc medal qazanıb. O, yayda Dubayda ölkəmizi təmsil edəcək finalçılar sırasındadır. Günayın uğurları bununla bitmir. O həm də Beynəlxalq Dilçilik Olimpiadasında yarımfinal turuna da vəsiqə qazanıb. Günay 40 mümkün baldan 40- nı da toplamışdı. Günayın uğurunda əziyyəti keçmiş fənn müəllimlərinə təşəkkür edir, hər iki yarışın növbəti turunda istedadlı balamıza uğurlar arzulayırıq.
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi