Kiçik Akademiya

"Qarabağ Azərbaycandır!" adlı intelektual müsabiqəMəktəbin şagirdləri arasında "Qarabağ Azərbaycandır! " adlı intellektual müsabiqənin məktəb turu keçirildi. Müsabiqə Teams platforması vasitəsilə iki mərhələdə təşkil olundu. Birinci mərhələdə yüksək nəticə toplayan şagirdlər ikinci mərhələdə biliklərini sınamaq imkanı qazandılar. 9b sinif şagirdi Abbasov Fariz daha yüksək nəticə göstərərək məktəb turunun qalibi oldu.

Ətraflı

"Dünyanın ekoloji problemləri və həlli yolları" mövzusunda konfransYeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir. Dünyada demoqrafik artımla yanaşı istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz və iqtisadi baxımdan optimal modelinin-davamlı inkişafın formalaşdırılması hesabına ola bilər. Bu kontekstdə hal-hazırda əsas prioritet davamlı inkişafın məqsədlərinin reallaşdırılması üzrə qlobal, regional və milli alətlərin əlaqələndirilməsidir. Hazırda beynəlxalq aləmdə ətraf mühit komponentlərinin mühafizəsi, mövcud ekoloji problemlərin həllində mütərəqqi metodların tətbiqi həyata keçirilir.

Ətraflı

"Xocalı faciəsinin" 28-ci ildönümünə həsr olunmuş dəyirmi masaMəktəbin şagird və müəllim kollektivinin iştirakı ilə "Xocalı faciəsi" qurbanlarının xatirəsinə həsr olunmuş videokonfrans keçirildi. Videokonfransda müəllimlər çıxış edərək 1992-ci ilin 26 fevralında Xocalı şəhərində baş vermiş hadisə barədə şagirdləri bir daha məlumatlandırdılar. Şagirdlər də öz növbələrində günün əhəmiyyətini özündə əks etdirən təqdimatlar etdilər. Azərbaycan, rus və ingilis dilində hazırladıqları təqdimatlarında "Xocalıya ədalət"istəyi ifadə olundu. Videokonfransın sonunda Azərbaycanın qalib və güclü dövlət olduğuna, bundan sonra da uğurla inkişaf edəcəyinə inam vurğulandı.

Ətraflı

"Tariximiz mədəniyyətimizdir" adlı tədbirMəktəbin şagirdlərinin iştirakı ilə onlayn formatda Azərbaycan tarixinin müxtəlif dövrlərində inşa olunmuş abidələr və maddi mədəni irs nümunələri haqqında aparılmış araşdırmanın nəticələri təqdim olunan tədbir keçirildi.

Ətraflı

"20 Yanvar-1990" adlı dəyirmi masaMəktəb şagirdlərinin iştirakı ilə "20 Yanvar-1990" adlı dəyirmi masa təşkil olundu.Şagirdlərin tarixi bilikləri əsasında 1990-cı ilin 20 yanvarına aparan "yol"un siyasi xəritəsi quruldu.Bakıya hücum məqsədilə hazırlanan "Udar"-"Zərbə" adlı planın istiqamətləri ,taktiki gedişləri və hücumun Azərbaycan xalqı üçün faciəvi nəticələri müzakirə olundu.Tarixin müxtəlif dövrlərinin müqaisəli təhlili fonunda 20 Yanvar hadisəsinin məqsəd və səbəbləri ifadə olundu.

Ətraflı
HAQQIMIZDA

327 nömrəli tam orta məktəb 2012-ci ildə " Heydər Əliyev Fondu" tərəfindən inşa edilmişdir.Bina kitab formasında tikilib,3 korpusdan ibarətdir.Azərbaycan bölməsi üçün 640şagird üçün nəzərdə tutulmuşdur.Hal...

BİZİM FƏXRLƏRİMİZ

Rüqəyya Ağayeva Elnur

Bəhrim Bayramova Babək

HAQQIMIZDA

327 nömrəli tam orta məktəb 2012-ci ildə " Heydər Əliyev Fondu" tərəfindən inşa edilmişdir.Bina kitab formasında tikilib,3 korpusdan ibarətdir.Azərbaycan bölməsi üçün 640şagird üçün nəzərdə tutulmuşdur.Hal...

BİZİM FƏXRLƏRİMİZ

Rüqəyya Ağayeva Elnur

Bəhrim Bayramova Babək

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi