Nailiyyətlərimiz

"Şagirdin uğuru"8 b sinif şagirdimiz Günay Bayramova FİSO riyaziyyat yarışmasında bürünc medal qazanıb. O, yayda Dubayda ölkəmizi təmsil edəcək finalçılar sırasındadır. Günayın uğurları bununla bitmir. O həm də Beynəlxalq Dilçilik Olimpiadasında yarımfinal turuna da vəsiqə qazanıb. Günay 40 mümkün baldan 40- nı da toplamışdı. Günayın uğurunda əziyyəti keçmiş fənn müəllimlərinə təşəkkür edir, hər iki yarışın növbəti turunda istedadlı balamıza uğurlar arzulayırıq.

"Şagirdlərin uğuru".İyunun 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin, Suraxanı Gənclər evinin, Suraxanı Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar rayon məktəbliləri arasında təşkil edilmiş nümunəvi qiraət, rəsm, esse və videoçarx müsabiqələrinin yekun mükafatlandırma mərhələsi keçirilib. SRİH başçısı Əziz Əzizov çıxış edərək qalibləri təbrik edib və bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir. Münsiflərin çıxışlarından sonra nümunəvi qiraət, rəsm, esse və videoçarx müsabiqələrinin qalibi olmuş 18 rayon məktəblisi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Məktəbimizin 7A sinif şagirdi Qocazadə Aydan və 11A sinif şagirdi Rzayeva Səkinə qaliblər arasındadır.Biz də şagirdlərimizi təbrik edir və uğurlar arzulayırıq.

Şagirdimizin uğuru.Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonu məktəbləri arasında keçirilən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş video - təqdimat müsabiqəsində məktəbimizin 11-ci sinif şagirdi Rzayeva Səkinə 3-cü yerə layiq görülmüşdür. Şagirdimiz həmçinin qəbul imtahanlarından 603 bal toplamışdır. Bu. münasibətlə məktəbin direktoru şagirdimizi təbrik etdi və ona gələcək işlərində uğurlar arzuladı.

HAQQIMIZDA

327 nömrəli tam orta məktəb 2012-ci ildə " Heydər Əliyev Fondu" tərəfindən inşa edilmişdir.Bina kitab formasında tikilib,3 korpusdan ibarətdir.Azərbaycan bölməsi üçün 640şagird üçün nəzərdə tutulmuşdur.Hal...

BİZİM FƏXRLƏRİMİZ

Bəhrim Bayramova Babək

Günay Bayramlı Ramin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi