Eşq sərgəstəsi – Füzuli

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən “ Məktəblərdə Məhəmməd Füzuli ayı ” layihəsi keçirilir.

Məktəbimizdə Füzuli aylığına aid işlər silsiləli şəkildə davam etdirilir.

Məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Hacətxanım Əlibabayevanın təşkilatçılığı ilə “ Eşq sərgəstəsi – Füzuli ” adlı ədəbi – bədii tədbir keçirilib.

Tədbirdə dahi Azərbaycan şairi  Məhəmməd Füzulinin həyatı, yaradıcılığı, əsərləri haqqında ətraflı məlumat verilib, şagirdlərin hazırladıqları slaydlar və tamaşa nümunələri nümayış etdirilib.

Tədbirə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov Məhəmməd Füzuli haqqında məlumat verib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi