Hərəyə bir ağac əkək

Azərbaycan Respublikasında 2024 – cü ilin “ Yaşıl dünya naminə həmrəylik ili ” elan edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tədbirlər planına əsasən məktəbimizdə də işlər silsiləli şəkildə davam etdirilir.

Məktəbimizdə “ Hərəyə bir ağac əkək ” kompaniyası keçirilib. Ağacəkmə kompaniyasında məktəb rəhbərliyi, Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, Şəhid Qabil Quliyevin bacısı Nuridə müəllim, biologiya müəllimləri və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Taleh müəllim Şahbazov Şəhid Qabil Quliyevin doğum gününü qeyd edib, təbiəti qorumağın vacibliyindən danışıb. Bütün şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edilib.

Məktəbin “ Şəhidlər parkı ”nda güllər əkilib, abadlıq işləri aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi