İdman həftəsinin yekunu

Məktəbimizdə “ 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ” ilə əlaqədar keçirilən “ İdman həftəsi ” yekunlaşdırılıb.

“ İdma həftəsi ” ərzində məktəbin fiziki tərbiyə müəllimləri idman oyunları üzrə yarışlar təşkil ediblər. Texnologiya və təsviri incəsənət müəllimləri rəsm və əl işlərindən ibarət sərgilər təşkil ediblər. Azərbaycan dili və ədbiyyat fənn müəllimləri şagirdlər arasında esse və təqdimat müsabiqələri keçiriblər.

07 mart 2024 – cü il tarixində “ İdman həftəsi ”ndə keçirilən yarışlarda qaliblərin mükafatlandırılması olub.

Məktəbin direktoru Taleh müəllim Şahbazov “ İdman həftəsi ”ndə keçirilən yarışların, müsabiqələrin əhəmiyyətindən danışıb, görülən işlərdə zəhməti olan hər kəsə minnətdarlığını bildirib.

Yarışlarda qalib gələn şagirdlərə diplom və medal təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi