Mütaliə ruhun qidasıdır

Məktəbimizdə “ Azərbaycan dili və ədəbiyyat aylığı ” çərçivəsində işlər ardıcıl şəkildə davam etdirilir.

Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Sahibova 5 – ci sinif şagirdlərinin iştirakı ilə “ Mütaliə ruhun qidasıdır ” mövzusunda dəyirmi masa təşkil edilib.

Dəyirmi masada məktəbin direktor müavinləri, müəllimlər və kitabxanaçılar iştirak ediblər. Müzakirə zamanı şagirdlər dünya və Azərbaycan ədəbiyyatından oxuduqları əsərlərin mövzusunu, məzmununu, ideyasını iştirakçılarla bölüşüblər.

Çıxış edən direktor müavinləri və müəllimlər şagirdləri mütaliəyə həvəsləndirməyin vacibliyini vurğulamış, tədbiri hazırlayan müəllimə və daha çox bədii kitab mütaliə edən şagirdlərə minnətdarlıqlarını bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi