Öz balaca dünyam var

Məktəbimizdə illik fəaliyyət planına əsasən psixoloji iş istiqamətində işlər davam etdirilir.

Məktəbin psixoloqları Rəna Əliyeva və Milana Həsənovanın təşkilatçılığı ilə VI və VII sinif şagirdləri arasında " Öz balaca dünyam var " adlı hekayə müsabiqəsi keçirilib. Müsabiqədə şagirdlər böyük həvəslə iştirak ediblər. Məqsəd şagirdlərin sərbəst fikirlərini izah etmə bacarıqlarını formalaşdırmaq,  daxili aləmləri, emosional vəziyyətlərini müşahidə etmək, ailə və məktəb  mühiti haqqında fikirlərini müəyyənləşdirmək olub.

Müsabiqədə iştirak edənlərin hekayələri oxunub, şagirdlərin də səsverməsi nəzərə alınaraq qaliblər müəyyən olunub. Qaliblərə məktəbin psixoloqları Rəna Əliyeva və Milana Həsənova tərəfindən sertifikatlar və kitab hədiyyə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi