Valideynlərlə görüş

Məktəbimizdə valideynlərlə görüş ardıcıl və sistemli şəkildə keçirilir.

I yarımilin yekunu II yarımildə qarşıda duran vəzifələr və bu məsələdə valideynlərlə məsuliyyətin bölüşdürülməsi məqsədilə siniflərdə valideyn iclasları keçirilib.

Bu prosesin tərkib hissəsi olaraq 28.02.2024 – cü il tarixində məktəb valideynləri ilə növbəti görüş keçirilib.

Məktəbin direktoru Taleh müəllim Şahbazov valideynləri şagirdlərin I yarımil və monitorinq nəticələri ilə şəxsən tanış edib, şagird təhlükəsizlik qaydaları haqqında müzakirə aparıb, təklif və iradları dinləyib, valideynlərin suallarını ətraflı cavablandırıb.

Qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideynlərin hər hansı bir formada müəllimlərə hədiyyə verməsinin qəti qadağan olduğunu diqqətə çatdırıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi