Unutmadıq unutmarıq!

Hər bir xalqın igid, qəhrəman oğulları və qızları vardır. 44 günlük Vətən müharibəsi dövründə hər bir Azərbaycan övladı qəhrəmanlıq göstərib.

21 fevral tarixində məktəbimizin Şəhid məzunu Əmrah Əkbərovun “ Doğum Günü ” qeyd edilib.

Tədbirdə məktəb rəhbərliyi, Şəhid Əmrah Əkbərovun anası Dürdanə xanım, “ Telli Sənəm ” jurnalının əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Taleh müəllim Şahbazov Şəhid Əmrah Əkbərovun həyatı və döyüş yolu haqqında geniş məlumat verib.

“ Telli Sənəm ” jurnalının əməkdaşları Şəhid Əmrah Əkbərov haqqında hazırladıqları jurnalın xüsusi buraxılışını Şəhid anasına və məktəbin direktoruna təqdim etmiş, “ Şəhidlər ” mövzusunda yazdıqları şeirləri səsləndirmişlər.

Tədbirdə iştirak edən şagirdlər Şəhid Əmrah Əkbərov haqqında topladıqları əlavə məlumatları iştirakçılara çatdırıblar.

Sonda tədbir iştirakçıları Şəhid Əmrah Əkbərovun adını daşıyan sinif otağında olmuş, sinif müəllimi Şərqiyyə Məmmədova və şagirdlərlə görüşüb sinifdə hazırlanmış guşələrlə tanış olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi