Məktəbimizdə Kitab Bağışlama Günü

14 fevral Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd olunur.

Şagirdlərin düşüncə tərzinin artırılması, söz bazasının və dünyagörüşünün inkişaf etdirilməsi üçün bədii ədəbiyyat oxumaq çox faydalıdır.

Məktəbimizdə Kitab Bağışlama Günü qeyd edilib. Məktəbin direktoru Taleh müəllim Şahbazov kitabın insan həyatındakı rolundan danışıb, özünün və Şahin Vəliyevin müəllifi olduğu “ Ümumi Tarix “ kitabını bir qrup şagirdə bağışlayıb.

Məktəbin kitabxanaçıları G.Hüseynova, J.Vəliyevanın təşkilatçılığı ilə keçirilən Kitab Bağışlama tədbirində müəllimlər və şagirdlər bir – birinə və məktəbin kitabxanasına kitab bağışlayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi