Tennis qaliblərimiz

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə töhfə olaraq baş leytenant Şəhid Vüsal Babayevin doğum gününə həsr olunmuş Xəzər rayon məktəbləri arasında stolüstü tennis turniri keçirilib.

Məktəbin fiziki tərbiyə müəllimi Cavanşir Əliyevin rəhbərliyi ilə məktəbimizin komandaları yarışda iştirak edib. Oğlanlardan ibarət tennis komandamız Xəzər rayon məktəbliləri arasında 2 – ci yerə, qızlardan ibarət tennis komandamız isə 3 – cü yerə layiq görülüb.

Tennis yarışında qalib gələn şagirdləri məktəbin direktoru Taleh müəllim Şahbazov təbrik edib. Onlara gələcək yarışlarında uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi