Bir olaq – Həmrəy olaq

Hər bir xalqın, hər bir millətin milli mücadilə tarixi olduğu kimi Azərbaycan xalqının da milli mücadilə tarixi mövcuddur. Milli müstəqilliyimizin qurucusu məhz Ümummilli lider Heydər Əliyevdir.

Məktəbimizdə 29 dekabr 2023 – cü il tarixində “ 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü “nə həsr olunmuş ədəbi bədii gecə keçirilib.

Məktəbin ibtidai sinif müəllimi Nuranə Əliyevanın təşkilatçılığı ilə şagirdlərin hazırladıqları rəqs və kompozisiya nümunələri nümayiş etdirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edən Taleh müəllim Şahbazov “ 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi  Günü “, Azərbaycanın Müstəqillik tarixi və Ümummilli lider Heydər Əliyevin müstəqillik tarixindəki rolundan ətraflı danışıb, tədbirin təşkilatçılarına və şagirdlərə öz minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi