Şeir müsabiqəsi

Məktəbimizdə 28 dekabr 2023 – cü il tarixində məktəb kitabxanaçıları Günay Hüseynova və Jalə Vəliyevanın təşkilatşılığı ilə “ Azərbaycan dili milli varlığımızdır ” adlı şeir müsabiqəsi keçirilib.

Şeir müsabiqəsində 6, 7, 8, 9, 10 – cu sinif şagirdləri iştirak edərək Azərbaycan şairlərinin “ Ana dili  “ mövzusunda yazdıqları şeirləri səsləndirmişlər.

Müsabiqənin gedişini məktəbin direktoru Taleh müəllim Şahbazovun rəhbərliyi ilə münsiflər heyəti meyarlara uyğun qiymətləndirib.

Müsabiqədə həmçinin Ana dilinin qorunmasından bəhs edən videoçarx nümayiş etdirilib, sərgi təşkil olunub. Keçirilən Şeir müsabiqəsinin nəticələrinə görə 10A sinif şagirdi Nigar Rəfixanova 1 – ci yerə, 10D sinif şagirdi Nurtən Rzayeva 2 – ci yerə, 9B sinif şagirdi Zəhra Bəşirova 3 – cü yerə layiq görülüb.

Qaliblər məktəbin direktoru tərəfindən “ Fəxri Fərman ”la təltif olunublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi