Reproduktiv sağlamlıq

Məktəbimizin VIII – IX siniflərində sağlamlıq mövzusunda məşğələlər hər il davam etdirilir. Reproduktiv sağlamlıq üzrə keçiriləcək məşğələlər planına uyğun olaraq  13.11.2023 – cü il tarixində məktəbin psixoloqları Rəna Əliyeva IX siniflərdə “ Təhlükəsiz informasiya axtarışı ”, Milana Həsənova VIII siniflərdə “ Mən və mənim əhatəm ” mövzularında seminar təşkil etmişlər. Seminarlarda şagirdlərə etibarlı informasiya mənbəyi, yeniyetməlikdə dostluq və digər mövzularda geniş məlumat vermiş, şagirdlərlə qarşılıqlı müzakirə və diskussiya aparılmışdır. IX sinif şagirdləri informasiya kanallarının mötəbərliyi və etibarlılığının vacibliyini anlamaq üçün rollu oyunda iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi