Məktəb pedaqoji şurasının iclası

Məktəbimizdə 16 noyabr tarixində məktəb pedaqoji şurasının iclası keçirilib.

Məktəb pedaqoji şurasında bütün müəllim kollektivi iştirak edirdi. Məktəbin direktoru Taleh müəllim Şahbazov pedaqoji kollektivi aşağıdakı gündəlik məsələlərlə tanış edib. Sonra hər bir direktor müavininin və  metodbirləşmə sədrlərinin özünə aid sahələri üzrə hesabatları dinlənildi. Keçirilən monotorinqlərin nəticələri müzakirə edildi. Qarşıdan gələn aylarda pedaqoji şuranın gündəliyində duran məsələlərlə bağlı tapşırıqlar verildi.

Gündəlikdə duran məsələlər:

1.2023 / 2024 – cü tədris ilinin sentyabr, oktyabr, noyabr aylarında pedaqoji kollektiv tərəfindən görülən işlərin müzakirəsi. Dərslərin keçirilməsi vəziyyəti

2.2022 – 2023 – cü tədris ilinin IX siniflərinin buraxılış imtahan göstəricilərinin təhlili, 2023/2024 – cü tədris ilində buraxılış siniflərində keçirilən monitorinq əsasında şagirdlərin səviyyələrə ayrılması və zəif şagirdlərlə işin təşkili məsələsi.

3.Fənn ayliqları ilə bağlı direktor müavinlərinin və fənn müəllimlərinin hesabatlarının dinlənilməsi.

4.Şagirdlərin fənn müsabiqələrinə və fənn olimpiadalarına cəlb edilməsi və məktəb daxili mərhələnin keçirilməsi.

5. Müəllim və şagirdlərlə nümunəvi psixoloji mühitin yaxşılaşdırılması, dövlətçilik ənənələrimizin qorunub saxlanılmasında, ictimai fikirlərin düzgün formalaşdırılmasında öhdəmizə düşən vəzifələr haqqında.

6. Məktəbdə növbətçilik. Nizam – intizam qaydaları. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi