Zəfər Bayramı

Məktəbimizdə “ 8 Noyabr Zəfər Bayramı “na həsr olunmuş silsilə tədbirlər keçirilib. 07 noyabr 2023 – cü il tarixində məktəbin tarix müəllimi Səmayə Nəcəfovanın təşkilatçılığı ilə “ Zəfər Bayramı ” adlı ədəbi – bədii tədbir keçirilib.

Tədbirdə məktəb direktoru Taleh müəllim Şahbazov başda olmaqla məktəb rəhbərliyi və müəllimlər, Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim, Şəhid Əmrah Əkbərovun anası Dürdanə xanım, Şəhid Qabil Quliyev bacısı Nuridə müəllim, Şəhid Xəyyam Əlizadənin həyat yoldaşı Xəyalə müəllim, qazilər Vusal Talıbov, Əli Əhmədov, İlyas İlyasov iştirak ediblər.

Şagirdlər hazırladıqları kompozisiyaları nümayiş etdirib, Zəfər tariximiz haqqında məlumat veriblər.

Tədbirə yekun vuran məktəbin direktoru Taleh müəllim Şahbazov qarşıdan gələn “ Zəfər Bayramı ” və “ Bayraq Günü ” münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib, Şanlı Zəfər tariximiz haqqında ətraflı məlumat verib, tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi