Məktəbimizdə monitorinq

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2023 – 2024 – cü tədris ilinə dair Fəaliyyət Planında prioritet istiqamətlərdən biri də Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsidir. Bu məqsədlə 23 oktyabr 2023 – cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin həm Azərbaycan, həm də rus bölmələrinin 4 – cü, 6 – cı, 7 – ci və 8 – ci siniflərində Azərbaycan dili fənni üzrə yazılı monitorinq keçirilib. Monitorinqin keçirilməsində məqsəd dövlət dilinin tədrisi vəziyyətinin öıçülməsidir. Monitorinq vasitəsilə şagirdlərin dinləyib – anlama, oxu və yazı bacarıqları yoxlanılıb.

Məktəbimizdə keçirilən monitorinqdə 4 – cü siniflərdə təhsil alan 292 şagirddən 11 şagird, 6 – cı sinflərdə təhsil alan 311 şagirddən 11 şagird, 7 – ci siniflərdə təhsil alan 338 şagirddən 21 şagird, 8 – ci siniflərdə təhsil alan 317 şagirddən 19 şagird monitorinqdə iştirak etməyib.

Monitorinq məktəbin direktoru Taleh müəllim Şahbazov, Təşkilat, Nəzarət, və Yoxlama komissiyasının üzvlərinin iştirakı ilə keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi