Vüsal İsmayılzadənin Anım Günü

Milli vətənpərvərlik hissi Azərbaycan xalqının hər bir övladında mövcuddur.

2020 – ci ildə 44 günlük “ Vətən müharibəsi ” dövründə bu birlik bir daha sübut olundu.

Məktəbin məzunu Vüsal İsmayılzadə Vətən müharibəsi dövründə qəhrəmanlıq göstərərək 21 oktyabr 2020 – ci il tarixində Xocavənd rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Məktəbimizdə Şəhidlər həmişə hörmətlə anılır.

Sira xətti zamanı Şəhid Vüsal İsmayılzadənin həyatı və döyüş yolu haqqında məlumat verilmiş, müqəddəs şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib.

Məktəbin tarix müəllimi Kəmalə müəllimin təşkilatçılığı ilə 9A sinfinin şagirdləri Vüsal İsmayılzadəyə həsr olunmuş ədəbi – bədii tədbir keçirmişlər.

Tədbirdə çıxış edən məktəbin direktoru Taleh müəllim Şahbazov Qarabağ tarixi, Vüsal İsmayılzadənin döyüş yolu haqqında ətraflı məlumat verib.

Şəhid Vüsal İsmayılzadənin anası Lalə müəllim Vüsalla bağlı xatirələrdən danışıb, məktəb rəhbərliyinə, müəllimlərə və şagirdlərə minnətdarlığını bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi