Müstəqil Azərbaycan

1918 – ci il mayın 28 – də Azərbaycan müstəqilliyini dünyaya bəyan etmiş, cəmi 23 ay mövcud olmuşdur.

Xalqımız uzun əsarətdən sonra 1991 – ci il oktyabrın 18 – də öz müstəqilliyini bərpa etmişdir.

Artıq hər il oktyabrın 18 – i “ Müstəqilliyin Bərpası Günü ” kimi qeyd edilir.

Məktəbimizdə “ Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü “nə həsr olunmuş ədəbi bədii tədbir keçirilib.

Tədbiri məktəbin tarix müəllimi Əliyeva Nailəxanım müəllimin təşkilatçılığı ilə 8 və 9 – cu sinif şagirdləri hazırlamışdır. Müəllim və şagirdlər tərəfindən müstəqillik tariximiz haqqında geniş məlumat verilmiş, şagirdlərin hazırladıqları bədii kompozisiyalar və slaydlar nümayiş etdirilib.

Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi