Vətən sənə oğul dedi

Şəhid Vüsal İsmayılzadə Əlibəndə oğlu 17 oktyabr 2001 – ci ildə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində anadan olmuşdur.

Məktəbimizdə 17 oktyabr tarixində Şəhid Vüsal İsmayılzadəyə həsr olunmuş tədbirlər keçirilib. Sıra xətti zamanı məktəbin direktoru Taleh müəllim Şahbazov Şəhid Vüsal İsmayılzadənin həyatı və döyüş yolu haqqında ətraflı məlumat verib. Müqəddəs Şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad olunub.

Şəhid Vüsal İsmayılzadənin məzarı ziyarət edilib, məktəbin sinif müəllimi Kəmalə Soltanovanın təşkilatçılığı ilə 4 - cü sinif şagirdlərinin hazırladıqları ədəbi - bədii kompozisiyalar nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi