Şəhidlər ölməz – Vətən bölünməz

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılıb.

Məktəbimizin iki məzunu Vüsal İsmayılzadə və Əmrah Əkbərov Vətən müharibəsi dövründə şəhidlik zirvəsinə ucalmışdır.

12 oktyabr tarixində Şəhid Əmrah Əkbərovun şəhadət günü qeyd olunub.

Məktəbin direktoru Taleh müəllim Şahbazov sıra xətti zamanı Şəhid Əmrah Əkbərovun həyatı və döyüş yolu haqqında məlumat verib. Müqəddəs şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edilib.

Müəllim Şərqiyyə Məmmədovanın təşkilatçılığı ilə 2 – ci sinif şagirdləri Şəhid Əmrah Əkbərovun xatirəsinə həsr olunmuş ədəbi bədii tədbir keçiriblər.

Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi