Məktəbimizdə Psixi Sağlamlıq Günü

Hər il oktyabrın 10 – u dünyada Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edilir. Bu gün 1992 – ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT – də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxil edilib. Bu günün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir.

Bu məqsədlə məktəbimizin psixoloqları Rəna Əliyeva və Milana Həsənova “ Həyatı sev, gülümsə ” adlı seminar təşkil ediblər. Tədbirdə iştirak edən VIII və IX sinif şagirdlərinə bu günün tarixi və əhəmiyyəti haqqında məlumatlar verilib, slaydlar göstərilib, şagirdlərin marağına səbəb olan mövzularda onlarla qarşılıqlı müzakirə aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi