Pedaqoji şuranın iclası
07 fevral 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi.Məktəbin direktoru,pedaqoji şuranın sədri Könül Hüseynova müzakirə olunacaq məsələləri şura üzvlərinin nəzərinə çatdırdı.2022/2023-cü dərs ilinin I yarımil nəticələrinin müqayisəli təhlilini təqdim edən K.Hüseynova daha sonra məktəbdə keçirilən monitorinq və BSQ-lər haqqında danışdı.V-IX sinflərdə qiymətləndirmə nəticələrinə görə şagirdlərin fənlər üzrə reytinqi nümayiş etdirildi.Şagirdlərimizin Respublika Fənn Olimpiadalarında qazandıqları uğurlar bir daha qeyd edilərək bu şagirdlərin müəllimlərinə -Hüseynov Təmkin və Mehdiyeva Mehribana xüsusi təşəkkür elan edildi.
Növbəti məsələ barədə təlim tərbiyə işləri üzrə direktor müavini Məhərrəmova Samirə çıxış etdi .O, I-IV siniflərdə ana dili fənni üzrə şagirdlərin oxu texnikasının yoxlanılması,IV sinif şagirdlərinin ana dilindən oxuyub-anlama və riyaziyyatdan anlayıb tətbiqetmə bacarıqlarının qiymətləndirilməsi nəticələrini təqdim etdi.
Tərbiyə işləri üzrə direktor müavini Musayeva Könül çıxış edərək 1-ci yarımil ərzində məktəbdənkənar və sinifdənxaric tədbirlərin təşkili və keçirilməsi barədə danışdı.Bildirdi ki,321 nömrəli tam orta məktəb vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verərək bütün tarixi günlərimizin yüksək səviyyədə keçirilməsinə nail olmuşdur.Daha sonra Musayeva K. məktəbdə yaradılmış dərnəklərin fəaliyyəti haqqında məlumat verdi.
2023-cü il-Ulu öndər Heydər Əliyev ili ilə əlaqədar olaraq məktəbin tarix müəllimi Əliyeva İlahə məruzə ilə çıxış etdi.Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçiçiyimizin həyatında gördüyü misilziz işlərdən danışdı.
1-ci yarımil ərzində fəaliyyətləri ilə fərqlənən pedaqoji işçilərə məktəbin direktoru Könül Hüseynova tərəfindən Təşəkkürnamə təqdim edildi.
İclasın sonunda Şuranın sədri Könül Hüseynova müəllimlərə növbəti yarımil ərzində daha böyük səylə çalışmağı, şagirdlərimizi və məktəbimizi daha çox qorumağı arzu etdi.