Şəhidlərimiz qürur mənbəyimizdir

    25 yanvar 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbin hərbi rəhbəri Azər Verdiyev,müəllimlər Mikayılova Zəminə və Eminov Vüqar IX,X sinif şagirdləri ilə  birlikdə 2-ci Fəxri xiyabanda uyuyan şəhidlərimizin məzarlarını ziyarət etdilər.II Qarabağ müharibəsi,bu müharibədə düşmənin dinc əhaliyə qarşı törətdiyi terror aktı haqqında ətraflı məlumat verən kapitan Azər Verdiyev bildirdi ki, Azərbaycanın qalib ölkə olmasının əsas səbəbi xalq,rəhbər və ordu birliyi oldu.Ali baş komandan öz xalqını və Ordunu Dəmir Yumruq ətrafında birləşdirərək düşmənə sarsıdıcı zərbə endirdi.Bu qələbəmizi daha parlaq edən isə al-qırmızı şəhid qanı oldu.Şəhidlərimiz  və onların əziz xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır və yaşayacaqdır.Daha sonra müəllim və şagirdlər şəhid anası ilə görüşüb xatirə şəkli çəkdirdilər.Şəhid məzarları üstünə gül qoyan şagirdlərimiz- gələcəyin əsgərləri bildirdilər ki, vətənimizin hər qarış torpağını göz bəbəyi kimi qoruyacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi