Milli Hərbi Sənayemiz
25 yanvar 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbin Hərbi rəhbəri ,II Qarabağ müharibəsi iştirakçısı kapitan Azər Verdiyev ,müəllimlərimiz Mikayılova Zəminə və Eminov Vüqar IX və X sinif şagirdləri ilə birlikdə Müdafiə Sənayesi Nazirliyinin muzeyində oldular.Kapitan A.Verdiyev şagirdləri yeni hərbi texnika ilə tanış edərək bildirdi ki, Müzəffər Ali Baş komandan ,Şanlı Ordumuzun yenilməz sərkərdəsi prezident İlham Əliyevin Müdafiə Sənayesi sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində Nazirliyin müəssisələrində müasir növ silahlar,döyüş sursatları,hərbi texnika,mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatlar uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilmişdir.Daha sonra şagirdlərə Milli Hərbi Sənayemizin istehsalı olan "Yırtıcı","Yalquzaq","Vaşaq","İstiqlal" snayperləri haqqında ətraflı məlumat verildi.Azərbaycan istehsalı olan pilotsuz uçuş aparatı "İti qovan" isə hamının böyük marağına səbəb oldu.
Bu günkü ekskursiya haqqında məktəb rəhbərliyinə hesabat verən Azər Verdiyev vətənpərvərlik tərbiyəsində göstərdiyi diqqətə, şəhid və qazi ailələrinə qayğısına görə şəxsən məktəb direktoru Könül Hüseynovaya dərin təşəkkürünü bildirdi.