20 yanvar faciəsinin otuz üçüncü ildönümü
19 yanvar 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirildi.Şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən məktəbin direktoru Könül Hüseynova bildirdi ki,20 yanvar hadisələri Azərbaycanı müstəqillyə qovuşduran,azadlığa aparan yolun başlanğıcı oldu.Xalqımızın tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsi hər zaman xatırlanmalı,qürurla yad edilməlidir.
Tədbirin bədii hissəsində şagirdlər şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər.8a sinif şagirdləri Əsmayə,Zəhra və Elçinin iştirak etdiyi bədii kompozisiyada , gənc şair,şəhid Ülvi Bünyadzadənin nakam ömrünün son anları canlandırıldı.
6-cı sinif şagirdləri Aygün və Gülxanım "Torpaq və qərənfilin söhbəti" səhnəsini canlandırdılar.8b sinif şagirdi Leylanın ifa etdiyi "Ana,mən şəhid oldum" mahnısı isə hər kəsi kövrəltdi.