20 yanvarın bizə verdiyi vətəndaş dərsi
19 yanvar 2023-cü il tarixdə 321 nömrəli tam orta məktəbin 10a təmayül sinfində 20 yanvara həsr olunmuş dərs keçirildi.
"20 yanvarın bizə verdiyi vətəndaş dərsi" mövzusunda şagirdlərə ətraflı məlumat verən Azərbaycan-dili və ədəbiyyat müəllimi Nağılı Cavid bildirdi ki,bu günün gəncləri müstəqil və qalib Azərbaycanın vətəndaşlarıdır.20 yanvar şəhidləri bu müstəqilliyin və qalibiyyətin rəsmini öz qanları ilə çəkdilər.Daha sonra Şahnisə,Nuray,Aysel,Cavidan Zilan və Gülay 20 yanvar faciəsinin mahiyyəti haqqında fikirlər səsləndirdilər.Yanvar şəhidi ,gənc şair Ülvi Bünyadzadənin "Mən qorxmuram uzaq yola çıxmaqdan...."şeirini Cavid müəllimin ifasında dinlədilər.
Məktəbin direktoru Könül Hüseynova və hərbi rəhbər Azər Verdiyev də şagirdlərə 20 yanvar şəhidlərinin bizlərə ərməğan etdikləri müstəqilliyimizi qorumağın hər birimizin müqəddəs vətəndaşlıq borcu olduğunu bildirdilər .