Risk qrupuna daxil olan uşaqların valideynləri ilə görüş
15 dekabr 2022-ci il tarixdə 321 nömrəli tam orta məktəbdə risk qrupuna daxil olan şagirdlərin valideynləri ilə görüş keçirildi.Məktəbin psixoloqu Ağayeva K. valideynlər qarşısında çıxış edərək bildirdi ki, davranışında bir sıra problemləri olan şagirdlərimiz var.Bu uşaqlar əslində biz böyüklərdən sevgi,diqqət və qayğı gözləyir.Unutmayaq ki,uşaqlar hər bir ailənin güzgüsüdür.Valideynlər evdə,ailədə nə qədər sakit və xoşbəxtdirlərsə,övladları da bir o qədər mehriban və səmimi olacaqlar.Qobustan qəsəbəsində ailələrdə yaşanan sosial problemlər,dünyagörüşlərinin aşağı səviyyədə olması uşaqların məktəbdə,cəmiyyətdə özlərini aparmasında bir sıra problemlərə gətirib çıxarır.Məktəb rəhbərliyi psixoloq və müəlljmlərlə birlikdə hər zaman belə şagirdlərə daha çox vaxt ayırır,onlara ən yaxın dost olmağa çalışır.Valideynlər də öz növbəsində müəllimlərə bu işdə dəstək olmalıdır.