Sinif təşkilat saatlarında şagird davranış qaydaları müzakirə olundu

16 dekabr 2022-ci il tarixində 321 nömrəli tam orta məktəbin V-VIII siniflərində təşkilat saatları keçirildi.Təşkilat saatlarında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi "Ümumi Təhsil müəssisələrində şagird davranış qaydaları" şagirdlərin müzakirəsi üçün təqdim edildi.Bu rəsmi sənəd şagirdlərin hüquq və vəzifələrini təmin etmək məqsədilə məktəbdə nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir.

1.Davamiyyət və punktuallıq

2.Geyim və xarici görünüş

3.Təhlükəsizlik

4.Öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi

5.Etik davranış qaydalarını özündə ehtiva edən yeni "Davranış qaydaları" ətrafında fikir mübadiləsi aparıldı.

Hər bir sinif özü üçün davranış qaydalarının vacib bəndlərini müəyyən etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi