MİQ imtahanından keçmiş gənc müəllimlərə psixoloji dəstək
02.12.2022-ci il tarixdə 321 nömrəli tam orta məktəbdə işə yeni qəbul olmuş gənc müəllimlərlə dəyirmi masa təşkil edildi.Dəyirmi masa ətrafına toplanan müəllimlərlə məktəbin psixoloqu Ağayeva Könül söhbət apardı.Görüşün təşkil edilməsində məqsəd yeni tədris ilində işə qəbul olunmuş gənc müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir.Gənc müəllimlərlə həmçinin "Uğurlu şagird - valideyn-məktəb tandeminin qurulması" mövzusunda müzakirələr aparıldı.