Gənc müəllimlərlə işin təşkili
29 noyabr 2022-ci il tarixdə 321 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova gənc müəllimlərlə görüş keçirdi.Görüşün keçirilməsində məqsəd gənc müəllimlərin iş mühitinə və tədris prosesinə uyğunlaşmasına nail olmaqdan ibarət idi.Məktəbin direktoru K.Hüseynova müəllim peşəsinin xüsusiyyətləri, müəllimlərin etik davranış qaydaları,intizam tənbehi tədbirləri,fənnin tədrisi və məktəb sənədlərinin işlənməsi üsulları,məktəbdaxili qiymətləndirmənin aparılması qaydası,sinif rəhbərinin vəzifələri, elektron tədris vasitələrindən səmərəli istifadə yolları haqqında məlumat verdi.