BŞTİ tərəfindən VI və IX siniflərdə monitorinq-1
24 noyabr 2022-ci il tarixdə 321 nömrəli tam orta məktəbdə BŞTİ tərəfindən VI və IX siniflərdə monitorinq-1 təşkil edilidi.Tapşırığa uyğun olaraq eyni monitorinq materialları həm 6-cı,həm də 9-cu siniflərə təqdim edildi.Monitorinq-1-in keçirilməsində məqsəd 6-cı siniflərin vəziyyətini,9-cu siniflərin isə 5-6-cı sinif səviyyəsində olan problemlərini müəyyənləşdirmək idi.Monitorinq 6a,6b,6c,6ç,6d və 9a,9b,9c,9ç siniflərində keçirildi.Nəzarətçi müəllimlər öz vəzifələrini təlimata uyğun olaraq icra etdilər.Monitorinq-1-ə ümumi nəzarət məktəbin direktoru Könül Hüseynova tərəfindən aparıldı.