Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi

Noyabr ayında şagirdlərimiz Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında göstərdiyi qəhrəmanlıq və şücaəti özündə əks etdirən "Qənimətlər parkı"nı ziyarət etdilər.Açıq səma altında olan bu qəhrəmanlıq muzeyi nəinki azərbaycanlıların,eləcə də ölkəmizə gələn xarici vətəndaşların ən çox gəzib öyrəndiyi bir məkandır.321 nömrəli tam orta  məktəbin 4-cü sinif şagirdləri sinif rəhbərləri Baxşəliyeva Ülviyyə,İsayeva Pərizad,Cəfərova Ülviyyə və Kərimova Ülkər ilə birlikdə parkı gəzdilər. Şagirdlər  öyrəndilər ki,rəşadətli Azərbaycan ordusu düşmən əsgərlərinin döyüş meydanında qoyub qaçdığı texnika və hərbi sursatları qənimət kimi götürmüşdür.Ali baş komandanımız İlham Əliyevin göstərişi ilə həmin hərbi qənimətlər burada nümayiş etdirilərək xalqımızın və ordumuzun gücünü bütün dünyaya bəyan edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi