Uşaqlarda sağlam həyat tərzi mədəniyyətinin inkişafı
Payız tətili günlərində şagirdlərimiz sağlam həyat tərzinin açarı olan fiziki tərbiyə istiqamətində ciddi şəkildə çalışmışlar.Uşaqlarda təhlükəsiz və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması,fiziki inkişafın təbliği,onların zərərli vərdişlərdən qorunması istiqamətində tədbirlərin gücləndirilməsi məqsədilə şagirdlərimizin müntəzəm olaraq idmanla,rəqslə,bədii qiraətlə məşğuliyyətini tövsiyə edirik.Belə ki,payız tətili günlərində bədii qiraətlə məşğul olan 7c sinif şagirdi Həsənzadə Vüqar qəsəbədəki qiraət dərnəyinin ən fəal üzvüdür.5a sinif şagirdi Məcidli Rahim idman klubunun cüdo üzrə çempionudur.3 a sinif şagirdi Kərimli Ömər,5ci sinif şagirdləri Zeynallı İlkin və Ələsgərli Amin profesional rəqslə məşğul olurlar.