Şəhid ailələrinə sosial və psixoloji dəstək

Noyabr ayının 12-də məktəbin 1ç,2d və 2b sinif şagirdləri sinif rəhbərləri Həsənova Ülviyyə,Baxşəliyeva Günel və Manafova Seymurə ilə birlikdə  qəsəbədəki şəhid ailələrinin evlərini ziyarət etdilər.Şəhid analarına böyük ehtiram və sevgi göstərən balacalar onların qəhrəman övladları haqqında şeirlər söylədilər.Daha sonra öz sovqatlarını şəhid ailələrinə təqdim etdilər.Məktəbimiz  Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanların valideynlərinə,qazi ailələrinə və onların yaxınlarına hər zaman öz mənəvi dəstəyini göstərir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi