IX siniflərdə valideyn icalsı
14 noyabr 2022-ci il tarixində 321 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi.Valideynləri salamlayan məktəbin direktoru Könül Hüseynova onları ötən həftə 9-cu siniflərdə aparılmış monitorinqin nəticələri ilə tanış etdi.9a,9b,9c və 9ç sinif rəhbərləri Rüstəmova Xatirə,Nağılı Lalə,Mikayılova Zəminə,Əhmədova Cəlalə imtahan fənləri üçün məktəb rəhbərliyi tərəfindən ayrılmış əlavə məşğələ saatlarının cədvəlini təqdim etdilər.Daha sonra monitorinqdə zəif nəticə toplayan və risk qrupuna daxil olan şagirdlərin valideynləri ilə fərdi söhbətlər aparıldı.