Dərs-ekskursiya
Ötən həftə 4B sinif şagirdləri sinif rəhbəri Günel Həsənova ilə birlikdə Bakı Zooloji Parkında oldular.Şagirdlər üçün həyat bilgisi fənnindən "Yer təbiətinin müxtəlifliyi" mövzusunda dərs-ekskursiya təşkil edildi.Bakı Zooloji Parkında dərs-ekskursiyaların təşkilinə dair təlimata uyğun olaraq mövzuya aid tədqiqat sualı qoyuldu,müşahidə aparıldı.Daha sonra refleksiya həyata keçirildi.Ekskursiyadan sonra şagirdlərə təqdimat formasında tapşırıqlar verildi.