Böyük zəfərə doğru

10 noyabr 2022-ci il l tarixində məktəbin tarix müəllimi Mehriban Mehdiyeva IXa sinfində "Böyük zəfərə doğru" adlı açıq dərs təşkil etdi.Dərsdə  şagirdlər Birinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra,atəşkəs dövründə  düşmənin törətdiyi təxribatlar,Aprel və Tovuz döyüşləri,ölkə başçısı İlham Əliyevin uğurlu diplomatiyası,Ermənistanın siyasi məğlubiyyəti haqqında məlumat verdilər.Vətən müharibəsi haqqında çıxış edən Mehdiyeva Mehriban dünyanı heyrətə gətirən II Qarabağ müharibəsindən,ermənilərin  mülki əhaliyə qarşı törətdiyi   cinayətlərdən və Azərbaycan Ordusunun şah əsəri olan Şuşa əməliyyatından danışdı.Sonda şagirdlər qəhrəman şəhidimiz  Xudayar Yusifzadənin səngərdə oxuduğu "Vətən yaxşıdır" təsnifini ifa etdilər.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi