Qazilərlə görüş
01 noyabr 2022-ci il tarixində 321 nömrəli tam orta məktəbdə "Qarabağ müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri İctimai Birliyi"nin Qaradağ rayon filialının təşəbbüsü ilə 4-cü siniflərlə görüş keçirildi.Zəfər gününə həsr olunmuş tədbirdə "Milli Məclis"in deputatı Aydın Hüseynov,Birliyin Qaradağ Rayon filialının sədri Maqsud Heybətov,şəhid ailələri və qazilər iştirak etdilər.Əvvəlcə qonaqlara şagirdlərimizin "Şuşa ili"nə həsr etdikləri əl işlərindən ibarət sərgi nümayiş etdirildi.Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad ediildi.Daha sonra məktəbimizin direktoru Könül Hüseynova qonaqları salamlayaraq,məktəbin fəailiyyəti və uğurları haqqında danışdı.İctimai birliyin məktəblərdə təşkil etdiyi vətənpərvərlik tədbirlərinin əvəzsiz rolunu bildirərək birliyin gələcək fəaliyyətində uğurlar arzuladı.Daha sonra çıxış edən"Milli Məclisin" deputatı Aydın Hüseynov cənab Ali Baş Komandanın uğurlu siyasətindən,şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı Tədbirin müsabiqə hissəsində Zəfər tariximizdən bəhs edən suallara ən tez doğru cavab verən şagirdlər,müəllimlər və tədbirdə fəal iştirak edən qazilər fəxri fərmanla və medallarla təltif edildilər.Bütün şagirdlərə üzərində Qarabağ şəhidlərinin şəkilləri və onlar haqqında məlumatlar olan dəftərlər paylanıldı.Tədbirin sonunda qonaqlar çay süfrəsinə dəvət olundular və xatirə şəkilləri çəkildi.