"Narkotik bəşəriyyətin bəlasıdır" mövzusunda konfrans
14.10.2022-ci il tarixində məktəbimizdə "Narkotik bəşəriyyətin bəlasıdır"adlı konfrans təşkil olundu.Konfransda Qaradağ Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Ramil Hacıyev çıxış etdi.O, bildirdi ki,zərərli vərdişlər nəinki insanın özünə, onun ailəsinə, ətrafına və yaşadığı cəmiyyətə ciddi ziyan vurur.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı şagirdlər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, təhsilə, elmə olan marağını artırmaqdır.
Konfransda çıxış edən məktəbin hərbi rəhbəri, kapitan Azər Verdiyev şagirdlərə Vətən müharibəsində canlarından keçmiş igid oğullarımızın şərəfli və ləyaqətli həyatlarını nümunə göstərdi.