Yenilənən məktəbimiz

2022-2023-cü dərs ilinin başlamasını 321 nömrəli məktəbin pedaqoji kollektivi və şagirdləri böyük həvəslə gözləyirdilər.Yeni təmirdən sonra məktəb öz sakinlərini qoynuna aldı.Səliqəli və təmiz məktəb həyətimiz,gözəl tərtibatlı məktəb foyesi,işıqlı sinif otaqları göz oxşayır.Dəhlizlərdə,idman zalında və ibtidai sinif otaqlarının divarlarında çəkilmiş gözəl rəsmlər isə uşaqları valeh etdi.Valideynlər məktəbdə görülən işlərdən,yaradılmış nizam intizam qaydalarından razı qaldıqlarını bildirdilər.