Yeni 2022-2023-cü dərs ili başladı
Bakı şəhəri 321 nömrəli tam orta məktəb yeni dərs ilinə qədəm qoydu.İlk dərs günü Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu.Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə çxış edən məktəbin hərbi rəhbəri,2-ci Qarabağ müharibəsi iştirakçısı Azər Verdiyev bildirdi ki,yaşından asılı olmayaraq hər bir azərbaycanlı vətənini sevməli,onu qorumağı bacarmalıdır.Şagirdlərimiz yaxşı oxuyaraq və intizam nümayiş etdirərək doğma məktəbini və Ana Vətənimizi zirvələrə ucaltmalıdır.
Təhsil Naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən 2022-2023-cü dərs ilində ilk dərslər "Qarabağ Azərbaycandır" mövzusuna həsr olundu.