Uşaqların müdafiəsi günü

01 iyun 2022-ci il tarixdə 321 nömrəli tam orta məktəbdə 1 iyun -uşaqların müdafiəsi günü ilə əlaqədar bayram tədbiri keçirildi.Məktəbin ibtidai sinif müəllimi Manafova Seymurə müəllimənin 1b sinfi ilə hazırladığı tədbirdə balacalar şeirlər söylədilər, mahnılar ifa etdilər.Rəngarəng geyimlərdə ifa edilən rəqslər böyük maraqla qarşılandı.Məktəbin direktoru Könül Hüseynova uşaqları bayram münasibətilə təbrik edərək onlara dərslərində uğurlar arzu etdi.