Açıq dərs
16 may 2022-ci il tarixdə 321 nömrəli tam orta məktəbin fizika müəllimi Əhmədova Nəzakət Xb sinfində "Bərk cisimlər və onların bəzi xassələri" mövzusunda açıq dərs keçirdi.Məktəbin direktoru Hüseynova Könül,kimya müəllimi Hüseynov Təmkin açıq dərsi dinlədilər.Şagirdlər qruplaşdırılaraq "Bərk cisimləri fərqləndirə bilərsinizmi?" araşdırmasını icra etdilər.Daha sonra Nəzakət müəllimə fizika fənnini kimyaya inteqrasiya edərək sözü Təmkin müəllimə verdi.Şagirdlər kimya müəllimi ilə birlikdə təqdim edilən bərk cisimlərin fərqli və ümumi cəhətlərini müəyyən etdilər.