Abituriyentlərimiz ali məktəblərin sorağı ilə

Bakı şəhəri Qaradağ rayonunun orta məktəblərinin yuxarı siniflərində təhsil alan və mühəndis-texniki ixtisaslara yiyələnmək istəyən bir qrup şagird və müəllim heyəti 12 may tarixində SOCAR-ın Bakı Ali Neft Məktəbində olublar.321 nömrəli məktəbin 10 və 11-ci sinif şagirdləri də onlar arasında idilər.Səfərin məqsədi məktəblilərin təhsilə olan marağının artırılması,onlarda özgüvən və motivasiya hissinin inkişaf etdirilməsidir.Neft Məktəbi ilə tanışlıq məqsədi daşıyan ekskursiya zamanı şagirdlər BANM-də tədris prosesi,auditoriya,kitabxana və maraqlı eksponatlarla tanış olublar.Şagirdlərə məlumat verilib ki,ölkəmizin texniki təmayüllü və tam ingilis dilli yeganə ali məktəbi-SOCAR-ın Baki Ali Neft Məktəbinin məzunlarının 100%-i Azərbaycanda və xaricdə işlə təmin olunub.BANM-da xarici universitetlərin proqramları tədris olunan sahələrə,neftçi peşəsinə marağı olan Qaradağ məktəblilərinə tövsiyyə olunub ki,ali təhsil ocağında təhsil almaq üçün yüksək bal toplamaq zəruridir.Bunun üçün isə yaxşı oxumaq vacib şərtlərdən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi